logo
logo logo
logo

2500 illik sirr açıldı 

17:14 - 18 Noyabr 2026

2500 illik sirr açıldı 

Yerdənkənar həyatın axtarışı müasir elmin mövzusuna çevrilməzdən təxminən 2 500 il əvvəl Qədim Yunanıstanda da müzakirə edilirdi. Eramızdan əvvəl 500–428-ci illərdə yaşamış filosof Anaksaqor Ayın adi bir səma cismi olduğunu və onun dağlarında yerdənkənar canlıların yaşaya biləcəyini irəli sürmüşdü. Günəşi közərmiş metal kütləsi, Ayı isə nəhəng qaya parçası kimi təsvir edən filosof dövrünün hakim inanclarına qarşı çıxan fikirlərinə görə dinsizlikdə ittiham olunaraq Afinadan sürgün edilmişdi.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qədim yunan filosofu Anaksaqor (Anaxagoras) kainatın fəaliyyətini mifoloji rəvayətlər əvəzinə təbiət hadisələri ilə izah etməyə çalışan mütəfəkkirlərdən biri olub. Eramızdan əvvəl 500–428-ci illərdə yaşamış filosof indiki İzmir şəhəri yaxınlığında yerləşən Klazomenay şəhərində anadan olub.

Anaksaqorun diqqətçəkən fikirlərindən biri Ayın başqa canlılara da ev sahibliyi edə biləcəyi ilə bağlı olub. Filosof Ayın dağlarında yerdənkənar həyatın mövcud olduğunu irəli sürürdü. Bu fikir müasir dövrdə kosmosda həyat axtarışının əsas suallarından biri olan “Yerdən kənarda canlılar varmı?” müzakirəsinin Antik dövrdəki nümunələrindən biri hesab olunur.

Anaksaqorun astronomik baxışları yaşadığı dövrün geniş yayılmış inanclarından əhəmiyyətli dərəcədə fərqlənirdi. Qədim Yunanıstan cəmiyyətində Günəşin səmadakı hərəkəti Günəş tanrısı Heliosun atlı arabası ilə etdiyi səfərlə izah olunurdu.

Filosof isə Günəşin ilahi varlıq deyil, közərmiş metaldan ibarət nəhəng kütlə olduğunu müdafiə edirdi. O, ulduzları da Günəş kimi yüksək temperatura malik qayalar hesab edirdi. Anaksaqorun fikrincə, Ay isə işıq saçan müqəddəs varlıq deyil, böyük və qayalıq quruluşa malik səma cismi idi.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az