logo
logo logo
logo

Trampdan İrana yeni hücum planı

12:57 - 19 Noyabr 2026

Trampdan İrana yeni hücum planı

Dünya mətbuatında ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni genişmiqyaslı hərbi hücum planını nəzərdən keçirməsi ilə bağlı xəbərlər yayılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York Tayms qəzetinin məsələ ilə yaxından tanış olan ABŞ və İsrail rəsmilərinə istinadən yaydığı xəbərə əsasən, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ni İsrail qüvvələri ilə birlikdə İrana qarşı 4-7 gün davam edəcək hava hücumlarında iştirak etməyə razı salmaq üçün ciddi səylər göstərir.

Mənbələrin iddiasına görə, Tramp İsrailin İranın raket və pilotsuz uçuş aparatları (PUA) arsenalını yenidən bərpa etməsi, həmçinin kimyəvi və bioloji silah proqramlarını inkişaf etdirməsi ilə bağlı xəbərdarlıqlarını nəzərə alır. Bu səbəbdən ABŞ prezidenti İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyat planını nəzərdən keçirir.

ABŞ-li mənbələrdən biri Trampın ABŞ-nin faktiki olaraq müharibəni uduzduğu barədə səsləndirilən tənqidlərə həssas yanaşdığını vurğulayıb.

Digər ABŞ-li mənbə isə İranın heç vaxt nüvə silahına malik olmaması üçün bütün mümkün variantların prezidentin nəzərdən keçirdiyi seçimlər sırasında olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az