Yaponiyada xidmət edən ABŞ ordusuna məxsus F-35 qırıcı təyyarəsi ölkənin qərbində yerləşən Koçi hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Koçi prefekturasının rəhbərliyi tərəfindən yayılan açıqlamada ABŞ ordusuna məxsus F-35 qırıcı təyyarəsinin Koçi hava limanına təcili eniş etdiyi bildirilib.
Təcili enişin səbəbi ilə bağlı ətraflı məlumat verilməyib. Hadisə nəticəsində xəsarət alanın olmadığı qeyd olunub.
Xatırladaq ki, ABŞ ordusuna məxsus digər bir F-35 qırıcı təyyarəsi də 2025-ci ilin mart ayında Yaponiyanın qərbində yerləşən İvakuni hava limanına təcili eniş etmişdi. Təyyarə təmir və texniki xidmət işləri ilə əlaqədar 40 gündən artıq müddətdə həmin hava limanında saxlanılmışdı.