logo
logo logo
logo

Türkiyədə meyit aparan mikroavtobus aşdı - 31 nəfər xəsarət aldı

14:10 - 21 Noyabr 2026

Türkiyədə meyit aparan mikroavtobus aşdı - 31 nəfər xəsarət aldı

Türkiyənin Amasya vilayətinin Göynücek rayonunda İstanbuldan meyit aparan mikroavtobusun aşması nəticəsində 31 nəfər xəsarət alıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Demirören Haber Ajansı” məlumat yayıb.

    Hadisə bu gün səhər saatlarında baş verib. İstanbuldan Amasyanın Hasanbeyli kəndinə dəfn mərasimi üçün meyit aparan Sultangazi bələdiyyəsinə məxsus mikroavtobus Gözlek kəndi ərazisində yağış səbəbindən sürüşkənləşən yolda idarəetmədən çıxaraq aşıb.

    Amasya valiliyinin açıqlamasına görə, qəza nəticəsində 27 nəfər yüngül, 4 nəfər isə orta dərəcəli xəsarət alıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az