Almaniyada ölkə üzrə yüzlərlə məktəb elektron poçt vasitəsilə bomba hədəsi ilə üzləşib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, polisin açıqlamasına görə, bu gün səhər saatlarında çoxsaylı məktəblərə bomba hədəsi məzmunlu elektron məktublar göndərilib.
Frayburq Polisi polisə təcili zəng xəttinə də bununla bağlı çoxsaylı məlumatların daxil olduğunu bildirib. Mövcud məlumatlara əsasən, ölkə üzrə 450-dən çox məktəbin hədə-qorxu məzmunlu elektron məktubların hədəfi olduğu qeyd edilib.
Bildirilib ki, elektron məktubların mövzu hissəsində “Ölüm səni gözləyir” ifadəsi yer alıb və bütün məktubların məzmunu eyni olub.