ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte Floridada bir araya gəliblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp və Mark Rütte Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahında görüşüblər. Mətbuatın iştirakı olmadan keçirilən görüşdən sonra tərəflər birgə bəyanat yayıblar.
Görüşün səmərəli keçdiyi bildirilən bəyanatda qeyd olunub:
“Görüşün əsas gündəm mövzuları arasında Rusiya ilə Ukrayna arasındakı müharibə və İrandakı qarşıdurma yer alıb. Həmçinin Haaqa və Ankarada keçirilən sammitlərdə birlikdə əldə etdiyimiz bütün mühüm nailiyyətlər müzakirə olunub. Rusiyanın müharibəni qəsdən və ya bilməyərəkdən genişləndirə biləcək istənilən addımdan çəkinməsinin, eləcə də müharibənin mümkün qədər tez sülh yolu ilə başa çatdırılmasının vacibliyini müzakirə etdik”.
Bəyanatda, həmçinin görüş zamanı həm ABŞ-da, həm də NATO çərçivəsində müdafiə xərclərinin və müdafiə sənayesinin infrastrukturuna yatırılan investisiyaların artırılmasının davam etdirilməsinin vacibliyinin vurğulandığı bildirilib.