logo
logo logo
logo

İspaniyada neft tankeri batdı - 1 nəfər öldü

12:13 - 26 Noyabr 2026

İspaniyada neft tankeri batdı - 1 nəfər öldü

İspaniyanın şərqində yerləşən İbiza adası yaxınlığında xam neft daşıyan tankeri batıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir dənizçinin həyatını itirdiyi bildirilir.

İspaniyanın cənubundakı Alxesiras limanından yola çıxaraq Barselona limanına istiqamətlənən, 1,2 milyon litr xam neft daşıyan Malta bayraqlı “Med Emre” adlı gəmi İbiza adasının şimal-şərqindən 25 dəniz mili məsafədə batıb.

Balear adalarının yerli hakimiyyət orqanları və Sahil Mühafizəsi xidmətinin mətbuata verdiyi məlumata görə, tankerdə olan 17 ekipaj üzvündən biri həlak olub.

Sahilə çıxarılan ekipaj üzvlərindən altısı xəstəxanaya yerləşdirilib. Onların heç birinin həyatı üçün təhlükə olmadığı bildirilib.

İlkin məlumata əsasən, gəmi su ilə dolması nəticəsində batıb.

Regional hakimiyyət orqanlarının açıqlamasına görə, mümkün neft sızması təhlükəsi ilə əlaqədar həm Milli Dəniz Çirklənməsinə Qarşı Fövqəladə Hallar Planı, həm də Balear adalarının Regional Mülki Müdafiə Planı (PLATERBAL) qüvvəyə minib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az