BMT Rusiyaya Ukrayna ilə bağlı təkliflər VERDİ

22:03 - 13 Aprel 2022

BMT Rusiyaya Ukrayna ilə bağlı təkliflər VERDİ

“BMT Ukrayna ilə bağlı humanitar təşəbbüslərlə Rusiyaya müraciət edib”.

Manşet.az xəbər verir ki, bunu jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Onun sözlərinə görə, qurum təkliflərlə bağlı Rusiyadan cavab gözləyir. Təkliflər arasında atəşkəs daxil olmaqla humanitar yardımın çatdırılması və mülki əhalinin evakuasiyası üçün dəhlizlərin yaradılması da var.

Quterreş hesab edir ki, hazırda Ukraynada ümumi atəşkəs mümkün deyil: “Mən humanitar səbəblərdən buna çağırıram”.

Bununla yanaşı, Quterreş müəyyən yerlərdə humanitar vəziyyətin yumşaldılması üçün yerli atəşkəs rejimlərinin yaradılmasının mümkünlüyünü də istisna etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az