İlon Maskın anası Ukrayna dilində səsləndirmə ilə müraciət etdi - VİDEO

22:38 - 13 Aprel 2022

İlon Maskın anası Ukrayna dilində səsləndirmə ilə müraciət etdi - VİDEO

İlon Maskın anası, 73 yaşlı Mey Mask “Twitter”də Ukrayna dilində səsləndirmə ilə ukraynalılara videomüraciət edib.

Manşet.az "Oxu.az"a istinadən xəbər verir ki, O, Ukraynada baş verənləri faciə adlandırıb.

“Biz sizin cəsarətinizə heyranıq. Siz azadlığınızı qorumağa çalışırsınız, cəsursunuz və buna görə də mütləq qalib gələcəksiniz. Dünya sizi eşidir. Dünya xəbərləri izləyir və bu xəbərlər çox kədərləndirir”, - deyə ulduz videoda deyir.

Mask həmçinin ukraynalılara maliyyə dəstəyi verməyə də çağırış edib və zərər çəkmiş ukraynalılara humanitar yardım toplamaq üçün hesab haqqında məlumatla Ukrayna Milli Bankının veb-saytına keçid yayımlayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az