Daha bir Avropa ölkəsi Ukraynaya ağır silahların tədarükünə qərar verdi

23:07 - 13 Aprel 2022

Daha bir Avropa ölkəsi Ukraynaya ağır silahların tədarükünə qərar verdi

Almaniyanın hakim koalisiyası Ukraynaya ağır silahların tədarükünü razılaşdırıb.

Manşet.az xəbər verir ki, bu barədə almaniyalı deputat Markus Faber bildirib.

“Əziz dostlar, Almaniya indi sürətlə Ukraynaya ağır texnika tədarük edəcək”, - deyə M.Faber qeyd edib.

Qeyd edək ki, Qərb ölkələri Ukraynaya silah tədarükünü davam etdirirlər. Bunların arasında Böyük Britaniya və Çexiyanın Ukraynaya ağır texnika tədarük etdiyi bildirilir. Həmçinin ABŞ, Kanada, Slovakiya, Belçika, Danimarka, Hollandiya, Litva, Latviya, Estoniya Ukraynaya silah təchizatında kömək edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az