Yaponiya İranla bu mövzuda razılıq əldə etdi

09:50 - 14 Aprel 2022

Yaponiya İranla bu mövzuda razılıq əldə etdi

Yaponiya hökuməti Kovid-19 epidemiyası ilə mübarizəni dəstəkləmək üçün İrana peyvənd göndərəcək.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yaponiya epidemiya ilə mübarizədə Yaxın Şərq ölkələrinə dəstəyini davam etdirdiyi bildirilib.

Bu çərçivədə, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi Kovid-19 Peyvəndləri üçün Qlobal Giriş Proqramı (COVAX) vasitəsilə İrana 700 min doza vaksin tədarük ediləcək.

Yaponiyada istehsal olunan virusa qarşı vaksinlərin İrana daşınması bu həftə baş tutacaq.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az