Ukrayna ordusu Rusiyanın “Moskva” raket kreyserini vurdu

09:57 - 14 Aprel 2022

Ukrayna ordusu Rusiyanın “Moskva” raket kreyserini vurdu

Ukrayna tərəfi Rusiyanın “Moskva” raket kreyserinin vurulması haqda məlumat yayıb. 

 

Manset.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi isə kreyserdə sursat partlaması nəticəsində yanğın baş verdiyini bildirib. 

Yanğın nəticəsində gəmiyə ciddi ziyan dəydiyi bildirilib. 

Məlumata bildirilib ki, ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır.

Ukrayna mətbuatı isə təsdiqləyib ki, Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub, nəticədə kreyserdə yanğın baş verib.

Həmçinin Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko da “Moskva” kreyserinin vurulduğunu açıqlayıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az