Britaniya qeyri-qanuni miqrantları bu ölkəyə göndərəcək

16:27 - 14 Aprel 2022

Britaniya qeyri-qanuni miqrantları bu ölkəyə göndərəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson hökumətin qeyri-qanuni miqrantların Ruandaya deportasiyasını ehtiva edən yeni immiqrasiya planını açıqlayıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Boris Conson yanvarın 1-dən etibarən Böyük Britaniyaya qeyri-qanuni yollarla daxil olan hər kəsin Ruandaya köçürüləcəyini bəyan edib.

Nəzarətsiz immiqrasiyanın İngiltərənin Milli Səhiyyə Sistemi, məktəbləri və ictimai nəqliyyatında "idarə olunmaz tələblər" yaratdığını vurğulayan Conson, "Şəfqətimiz sonsuz ola bilər, amma insanlara kömək etmək imkanımız sonsuz deyil" deyib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az