Şotlandiya ilə Ukrayna arasında təxirə düşmüş futbol oyununun vaxtı məlum OLDU

20:42 - 14 Aprel 2022

Şotlandiya ilə Ukrayna arasında təxirə düşmüş futbol oyununun vaxtı məlum OLDU

İyunun 1-də futbol üzrə dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsində Şotlandiya yığması ilə Ukrayna millisi qarşılaşacaq.

Manşet.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma martın 24-də keçirilməli idi, lakin Ukrayna tərəfinin şikayətini nəzərə alan FIFA oyunun təxirə salınması ilə bağlı müraciəti nəzərə alıb. 

Qeyd edək ki, Ukrayna Futbol Federasiyası millinin səfərini və məşqini təşkil edə bilməməsi ilə əlaqədar FIFA-ya müraciət ünvanlamışdı.

Məlumat üçün əlavə edək ki, Ukrayna və Şotlandiya milliləri arasında keçirilən görüşün qalibi Uels yığması ilə qarşılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az