Sanksiyalar Qərbdə iqtisadiyyatın pisləşməsinə gətirib çıxarıb - Putin

21:56 - 18 Aprel 2022

Sanksiyalar Qərbdə iqtisadiyyatın pisləşməsinə gətirib çıxarıb - Putin

Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə özünə avtoqol vurub.

Manşet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, sanksiyalar Qərbdə iqtisadiyyatın pisləşməsinə gətirib çıxarıb.

Rusiya iqtisadiyyatının hazırki durumundan danışan Putin inflyasiyanın sabitləşdiyini və ölkədə pərakəndə tələbatın normallaşdığını vurğulayıb.

Qeyd edək ki, Qərb ölkələri Ukraynaya hərbi müdaxiləsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az