Medvedçukdan Putin və Zelenskiyə MÜRACİƏT - VİDEO

22:33 - 18 Aprel 2022

Medvedçukdan Putin və Zelenskiyə MÜRACİƏT - VİDEO

Bir müddət əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan oliqarx və keçmiş millət vəkili Viktor Medvedçuk Ukrayna prezidenti Vladimir Zelenskiyə və Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Manşet.az xəbər verir ki, onun videomüraciəti Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yayımlanıb.

Medvedçuk Zelenski və Putindən onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişməyi xahiş edib:
 

"Mən, Medvedçuk Viktor Volodimiroviç, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət etmək istəyirəm ki, məni Ukrayna tərəfi ilə, Mariupolun müdafiəçiləri və bu gün orada olan və oradan humanitar dəhlizlər vasitəsilə təhlükəsiz şəkildə çıxa bilməyən sakinlərlə dəyişdirsinlər”./Bizim.media/

 

  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az