Makron dünya liderlərilə bu mövzunu müzakirə edəcək

23:38 - 18 Aprel 2022

Makron dünya liderlərilə bu mövzunu müzakirə edəcək

Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı mümkün yeni sanksiyaları müzakirə etmək üçün ABŞ prezidenti Co Bayden və bir sıra digər Qərb liderləri ilə telefonla danışacaq.

Manşet.az xəbər verir ki, o, bu barədə “France 5” telekanalının efirində bildirib.

“Sabah axşam prezident Bayden və digər Avropa liderləri ilə söhbətim olacaq, biz Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəyik”, - Makron bildirib.

Rusiyadan təbii qaz tədarükünə mümkün məhdudiyyətlər barədə sualı cavablandıran Makron deyib: “Rusiyadan birbaşa Fransaya gedəcək bir boru xətti yoxdur. Digər ölkələr bu tədarüklərdən asılıdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az