“Google”dan Rusiyaya ŞOK! – gizli hərbi obyektlərinin yerini paylaşdı

09:38 - 19 Aprel 2022

“Google”dan Rusiyaya ŞOK! – gizli hərbi obyektlərinin yerini paylaşdı

Google Rusiyaya daha bir zərbə vuraraq, onun gizli hərbi obyektlərini görünən etdi.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Google Maps” Rusiyanın strateji hərbi obyektlərini istifadəçilər üçün görünən hala gətirib.  

Bu gedişdən sonra Rusiyanın hərbi infrastrukturu ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Rusiyanın bütün ərazisində hərbi bazaların, qitələrarası ballistik raket buraxılış meydançalarının, dəniz obyektlərinin və mühüm komanda məntəqələrinin şəkilləri “Google Maps”də axtarışlar vasitəsilə əldə edilə bilər. 

Ortaya çıxan yeni görüntülərdən bəziləri arasında “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisi, Murmansk yaxınlığındakı nüvə silahı anbarı, Uzaq Şərq yarımadasındakı Kamçatkadakı sualtı qayıqlar və Rusiya-Ukrayna sərhədindən cəmi 150 kilometr aralıda yerləşən Qərbi Kursk şəhərindəki hərbi aviabaza daxildir.

Normal şəraitdə hərbi obyektlərin peyk şəkilləri məxfi statusunu saxlamaq üçün ənənəvi olaraq Google Xəritə tərəfindən bulanıq və ya aşağı keyfiyyətli göstərilir. 

Ancaq “Google”un yeni addımı ilə bu vəziyyət dəyişib.

Ukrayna Silahlı Qüvvələri mövzu ilə bağlı “Twitter” səhifəsində yazıb: “İndi hər kəs hər piksel üçün təxminən 0,5 metr ayırdetmə ilə Rusiyanın hərbi infrastrukturunu görə bilər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az