“Real” Ronaldo və sevgilisinə başsağlığı verdi

09:46 - 19 Aprel 2022

“Real” Ronaldo və sevgilisinə başsağlığı verdi

“Real” keçmiş futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesə yeni doğulan əkiz övladlarından oğlunun vəfatı ilə bağlı başsağlığı verib.

 

Manset.az xəbər verir ki, “Real”ın yaydığı açıqlamada bildirilir:

““Real” futbol klubu, onun prezidenti, Direktorlar Şurası Ronaldo və Corcina Rodriqesə onların övladlarından birinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir. Klub onların ağrısını bölüşür və sevgilərini göndərir”.

Qeyd edək ki, oğlan övladını itirməsi haqda məlumatı Ronaldo özü açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az