Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynaya məxsus “Toçka-U” raketinin ələ keçirildiyi bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynada gecə saatlarında 13 hərbi elementin yüksək dəqiqlikli raketlərlə vurulduğunu ifadə edən Konaşenkov " Çervona Polyana və Balakliya qəsəbələrində iki “Toçka-U” taktiki raket baş anbarı vurulub. Petropilya və Mala Komişuvaha yaşayış məntəqələrində Ukraynaya məxsus iki “Toçka-U” taktiki raketi ələ keçirilib" deyib.