Türkiyə Koronavirus Elmi Qərargahı tibbi maskalardan istifadə tələbi və karantin rejiminin ləğv edilməsi məsələlərini müzakirə etmək üçün sabah toplanacaq.
Manset.az TurkicWorld-a istinadən xəbər verir ki, qərargahda bütün qapalı məkanlarda tibbi maskalardan istifadə məcburiyyətinin aradan qaldırılması məsələsinə də toxunulacaq.
Bununla yanaşı, karantin rejimi müddətinin ləğv edilməsi məsələsinin də müzakirə olunacağı gözlənilir.