Gənc qadın qatar gələn zaman iki vaqonun arasına düşdü – ŞOK VİDEO

16:41 - 19 Aprel 2022

Gənc qadın qatar gələn zaman iki vaqonun arasına düşdü – ŞOK VİDEO

Qatar vağzalında gözləyən gənc qadın təzyiqi düşdüyü üçün müvazinətini itirib və relslərin üzərinə yıxılıb. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Argentinanın Buenos-Ayres şəhərindəki Qonzales Katanda 24 yaşlı Kandelanın İndependensiya stansiyasında qatar gözləyən zaman təzyiqi düşüb. 

Təhlükəsizlik kamerasına əks olunan hadisədə müvazinətini itirdiyi üçün səndələyən qadın qatar keçərkən platformadan relslərə yıxılıb.

Ətrafdakılar təşviş içində olarkən qatar dayandırılıb və qadın əməkdaşlar tərəfindən xilas edilib. 

Dərhal xəstəxanaya aparılan və bədənində qırıqlar olan Kandela 12 gün sonra evə buraxılıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az