Rusiya Ukraynanın şərqində ilk şəhəri ələ keçirdi

18:05 - 19 Aprel 2022

Rusiya Ukraynanın şərqində ilk şəhəri ələ keçirdi

Rusiya qoşunları Ukraynanın şərqindəki Kremina şəhərini ələ keçirib.

Manşet.az xəbər verir ki, bu barədə regional qubernator bildirib.

Rusiya ordusunun Ukraynanın şərqinə yenilənmiş hücumu nəticəsində artıq ilk şəhər işğal olunub. 18 minlik əhalisi olan Kremina şəhəri Kiyevdən 574 km məsafədə yerləşir. 

"Kreminə orkların (rusların) nəzarəti altındadır. Onlar şəhərə daxil oldular”, deyə Luqansk regionu qubernatou Sergey Qayday bildirib.

O, rusiya qoşunlarının hər tərəfdən hücum etdiyini deyib. 

Qubernator indiyə qədər rəsmi məlumata əsasən, 200 mülki insanın öldüyünü bildirib. Ancaq həqiqətdə rəqəmin daha böyük olduğunu deyib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az