Bu ölkədə qapalı məkanlarda maska ​​rejimi yumşaldılacaq

18:49 - 19 Aprel 2022

Bu ölkədə qapalı məkanlarda maska ​​rejimi yumşaldılacaq

İspaniya hökuməti bu gün ölkədə pandemiya ilə əlaqədar tətbiq edilən maska ​​rejiminin aprelin 20-dən əhəmiyyətli dərəcədə yumşaldılacağı qərarını təsdiqləyib.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin tviter səhifəsində məlumat yerləşdirilib.

İndiyə qədər krallıq sakinlərindən bütün ictimai yerlərdə, o cümlədən mağazalar, kafelər, restoranlar və ya məktəblər kimi qapalı yerlərdə maska ​​taxmaq tələb olunurdu. Ölkədə sərt maska rejimi təxminən iki il əvvəldən tətbiq edilir.

Çərşənbə günündən etibarən maska taxılması xəstəxanalarda, qocalar evlərində, eləcə də ictimai nəqliyyatda məcburi olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az