Dünya Bankı ərzaq böhranı ilə bağlı xəbərdarlıq etdi – bütün ölkələr təhlükədə

17:09 - 22 Aprel 2022

Dünya Bankı ərzaq böhranı ilə bağlı xəbərdarlıq etdi – bütün ölkələr təhlükədə

Dünya ərzaq böhranı qapıdadır, bütün ölkələr təsirlənəcək.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dünya Bankının prezidenti David Malpas Rusiya-Ukrayna müharibəsinə görə dünyanın  ərzaq böhranı fəlakəti ilə üzləşdiyini bildirib. 

Malpas deyib ki, rekord ərzaq qiymətləri yüz milyonlarla insanı yoxsulluğa sürükləyərkən qidalanma miqdarını azalda bilər.

Oxşar vəziyyətin koronavirus pandemiyasında da yaşandığını deyən Malpas ərzaq qiymətlərinin gələcəkdə hökumətlər üçün çətinlik yaradacağını vurğulayıb.

Dünya Bankının rəhbəri çətinliyi aradan qaldırmaq üçün ərzaq ehtiyatlarının ehtiyacı olanlarla paylaşılmasını və ya satılmasını təklif edib. 

Digər tərəfdən, artan ərzaq və enerji xərcləri bir çox ölkədə böhran daxilində böhrana səbəb ola bilər. 

İnkişaf etməkdə olan ölkələr bu prosesdə borc ödəmə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az