O ölkə bizim üçün düşmənə çevrilib - Peskov

18:29 - 22 Aprel 2022

O ölkə bizim üçün düşmənə çevrilib - Peskov

Kremlin sözçüsü Dmitri Peskov Yaponiya Xarici İşlər Nazirliyinin dərc etdiyi hesabatda Rusiya ilə fikir ayrılıqlarının olduğu Kuril adalarının cənubunun “qanunsuz işğal olunmuş adalar” kimi qələmə verilməsinə münasibət bildirib.

Manşet.az ölkə.az-a istinadla xəbər verir ki, Peskov Yaponiyanın bu addımına sərt ifadələrlə reaksiya verib: 

"Bu 4 ada hamısı Rusiya üçün təhvil verilməz ərazidir. Açığını desək, Yaponiya düşmən ölkəyə çevrildiyindən və Rusiya Federasiyasına qarşı düşmən münasibəti sürdürdüyünə görə müzakirələrin davam etdirilməsindən danışmaq çətindir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az