BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Manşet.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Görüş aprelin 26-da Moskvada baş tutacaq.
Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da işgüzar görüş və nahar keçirəcək.