Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirdi

23:12 - 04 May 2022

Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirdi

Türkiyə Müdafiə Nazirliyi PKK-ya qarşı əməliyyatlarla bağlı yeni məlumat yayıb.

Manşet.az nazirliyə istinadən xəbər verir ki, Türkiyə xüsusi təyinatlıları PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.

Terrorçular İraqın şimalında "Pençe-Kaplan" əməliyyatı çərçivəsində məhv edilib.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az