Məşhur narkobaron ABŞ-a ekstradisiya olundu

09:33 - 05 May 2022

Məşhur narkobaron ABŞ-a ekstradisiya olundu

Kolumbiyanın məşhur narkobaronlarından olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.

 

Manset.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke məlumat verib.

O, “Otoniel”i məşhur Pablo Eskobarla müqayisə edib.

Qeyd olunur ki, 180 ilə 200 ton arasında kokain qaçaqmalçılığı edən “Otoniel” ötən ilin oktyabrında Antioquia əyalətində saxlanılıb.

2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az