ŞOK! Qumar borcu olan məşhur müğənni: "10 ildir eyni ayaqqabını geyinirəm"

11:41 - 05 May 2022

ŞOK! Qumar borcu olan məşhur müğənni: \"10 ildir eyni ayaqqabını geyinirəm\"

Türkiyəli müğənni Serdar Ortaç hazırda yaşadığı maliyyə sıxıntılarından danışıb.

 

Manset.az xəbər verir ki, tez-tez borcları ilə gündəmə gələn ifaçı müsahibələrindən birində imkansızlıqdan 10 ildir eyni ayaqqabı geyindiyini deyib:

"Sərdar Ortaç olsam da, yeni model telefon almıram. Heç nəyə pul xərcləmirəm. Artıq 10 ildir eyni ayaqqabını geyinirəm. Vaxtında o qədər şey almışam. Onsuz da bədən ölçüm də eynidir.

Bəli, qumar borcum var idi. Bu qədər çox xərclə ev hələ də əlimdədir, heyrətlənirəm. Hər şeyin ən bahalısını alırdım. Axmaqlıq etmişəm. İndi onlayn alış-veriş edəndə "ən ucuz olanlar" filtrini vururam. Qarşıma çıxan ilk məhsulu alıram".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az