Rusiya Silahlı Qüvvələri aviasiyadan istifadə edərək Odessaya 7 raket zərbəsi endirib.
Manset.az UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə "Cənub" əməliyyat komandanlığı məlumat yayıb.
Məlumata əsasən, zərbələr nəticəsində bir nəfər ölüb, beş nəfər xəstəxanaya yerləşdirilib.
Həmçinin, Rusiya qoşunlarına məxsus raketlərin ticarət mərkəzini və istehlak malları anbarını vurduğu bildirilib.




