Məşhur iş adamı şaman ritualının qurbanı oldu – ŞOK detallar

10:50 - 10 May 2022

Məşhur iş adamı şaman ritualının qurbanı oldu – ŞOK detallar

Rusiyanın neft nəhəngi “Lukoyl”un keçmiş baş meneceri Aleksandr Subbotin iştirak etdiyi şaman ritualı zamanı dünyasını dəyişib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Milyarder Aleksandr Subbotin Moskvanın Mitiş rayonunda keçirilən şaman ritualında "süstlükdən arınmaq" seansında "alternativ tibb" adı ilə qurbağa zəhəri və xoruz qanı içib. 

Vəziyyətinin pisləşməsinə baxmayaraq, orada olanlar təcili tibbi yardım çağırmayıblar, “korvalol” adlı bitki mənşəli dərman vasitəsi ilə xəstəni sağaltmağa çalışıblar.

Lakin o, dünyasını dəyişib.

Əvvəllər “Lukoyl”un direktorlar şurasının üzvü olan Subbotin daha sonra “Novaya Transportnaya Kompaniya” logistika şirkətinin rəhbəri olub.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az