İsraildən Türkiyəyə gedən sərnişinlərə mesaj gəldi - uçuş ləğv edildi

16:45 - 10 May 2022

İsraildən Türkiyəyə gedən sərnişinlərə mesaj gəldi - uçuş ləğv edildi

Türkiyəyə gedən sərnişinlərin telefonlarına təyyarə qəzası fotoşəkilləri göndərilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin Ben Qurion hava limanından Türkiyəyə uçmaq üçün havaya qalxan təyyarədə panika yaşanıb. 

Uçuşa az qalmış sərnişinlərin telefonlarına təyyarə qəzası fotoşəkilləri göndərildikdən sonra təyyarə uçuş-enmə zolağından geri qayıdıb.

İsrail Mülki Aviasiya Təşkilatı İsrail mətbuatında hadisə ilə bağlı açıqlama verib:

"Təyyarə terminala geri döndü və təhlükəsizlik qüvvələri sərnişinlərin təhlükəsizliyi üçün lazımi tədbirlər gördü. Sərnişinlər və onların baqajı üzərində yoxlamalara başlanıldı”. 

Görüntüləri kimin və ya kimlərin göndərdiyi barədə məlumat verilməyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az