BMT-nin İnsan Hüquqları Şurasına Rusiyanın yerinə bu ölkə seçildi

10:09 - 11 May 2022

BMT-nin İnsan Hüquqları Şurasına Rusiyanın yerinə bu ölkə seçildi

BMT-nin Baş Assambleyasında 157 üzvün səsini alaraq üzvlüyü dayandırılan Rusiyanın yerinə Çexiya BMT İnsan Hüquqları Şurasına üzv seçilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BMT Baş Assambleyasında keçirilən səsvermədə Çexiya 157 üzvün səsini alıb, 23 ölkə isə bitərəf qalıb.

Çexiya mandatı bu gün başlayır və 31 dekabr 2023-cü ildə başa çatacaq. 

BMT Baş Assambleyasının aprelin 7-də keçirilən səsvermədə Rusiyanın İnsan Hüquqları Şurasına üzvlüyünün dayandırılmasına dair səsvermədə 175 ölkədən 93-ü “hə” deyə səs verdikdən sonra Rusiyanın İnsan Hüquqları Şurasına üzvlüyü dayandırılıb. 

Səsvermədə 24 ölkə “yox”, 58 ölkə isə “bitərəf” səs verib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az