Rus qoşunlarının öz əsgərlərini hədəf aldığı iddia edilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mayın 8-də rus bölməsi öz mövqelərinə atəş açıb.
TOS-1A alov silahının istifadə edildiyi hücumda Rusiya zirehli texnikasının da hədəf alındığı bildirilib, əsgər itkisi ilə bağlı dəqiq məlumat paylaşılmayıb.
Ukrayna ordusu hadisə ilə bağlı məktub yayımlayıb:
“97. Piyada Batalyonunun rəhbərliyi 2022-ci il mayın 8-də rus işğalçılarının əməllərindən razı qaldığını bildirir və ruslara “köməyə” görə təşəkkür edir”.