Xersonda küçəyə Jirinovskinin adı verilə bilər

17:26 - 11 May 2022

Xersonda küçəyə Jirinovskinin adı verilə bilər

Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Xersonda küçələrdən birinə rusiyalı siyasətçi Vladimir Jirinovskinin adının verilməsi planlaşdırılır.

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Xerson vilayətinin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Qeyd edək ki, rusiyalı hərbçilər hərbi əməliyyat nəticəsində Ukraynanın cənubunda Xerson vilayətinin bütün ərazisinə nəzarəti ələ keçirib.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski cari ilin aprelin 6-sı 76 yaşında dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az