Ukrayna Milli Qvardiyası ilk dəfə Rusiya ilə müharibədə itkilərini AÇIQLADI

17:44 - 11 May 2022

Ukrayna Milli Qvardiyası ilk dəfə Rusiya ilə müharibədə itkilərini AÇIQLADI

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı Ukrayna Milli Qvardiyasının 500-dən çox əsgəri həlak olub.

 

Manset.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının Baş İdarəsinin qərargahının əməliyyat şöbəsinin rəisi Aleksey Nadtoçiy brifinq zamanı bildirib.

Nadtoçiy qeyd edib ki, Milli Qvardiya Donetsk, Slobojanski, Yujnobuqski və Tavriçeski əməliyyat bölgəsinin şərq hissəsində müdafiə əməliyyatında iştirak edir. Bundan əlavə, Milli Qvardiya Belarusla dövlət sərhədini qoruyur.

Həmçinin, Milli Qvardiyanın 1697 əsgəri yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az