Rusiyada hərbi hissədə partlayış olub: ÖLƏN VƏ YARALANANLAR VAR

10:57 - 12 May 2022

Rusiyada hərbi hissədə partlayış olub: ÖLƏN VƏ YARALANANLAR VAR

Rusiyanın Xabarovsk diyarının Amur rayonunun Teysin kəndində hərbi hissədə partlayış baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə yerli fövqəladə hallar idarəsindən bildirilib.

Məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, bir-neçə nəfər yaralanıb.

Yaralılar Elban rayon hospitalına yerləşdirilib.

Mənbənin məlumatına görə, hadisəyə səbəb hərbi hissədə barıt partlayışının olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az