Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyənin mətbuat agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib.
Qeyd olunub ki, xəstəlik Ər-Riyada krallıqdan kənardan gələn şəxsdə aşkar edilib.
O da bildirilib ki, Səudiyyə Ərəbistanının səhiyyə orqanları xəstə ilə yaxın təmasda olanları müəyyən edə bilib və onların hamısının həkim nəzarəti altındadır.