Putin Ərdoğanla bu məsələləri müzakirə edəcək

15:22 - 27 İyul 2022

Putin Ərdoğanla bu məsələləri müzakirə edəcək

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə iki ölkə arasında hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

Onun sözlərinə görə, liderlər, həmçinin Ukraynadan taxılın daşınmasına dair Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti ətrafında da fikir mübadiləsi aparacaqlar. 

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan avqustun 5-i Rusiyaya səfər edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az