İsrailin müdafiə naziri Benni Qantz Rusiya ilə bağlı yaşanan gərginlik haqda açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin Kanal 13 televiziyasının təşkil etdiyi konfransda danışan Gantz, "Rusiyanın S-300 raketləri 2 ay əvvəl Suriyada İsrail təyyarələrini hədəf aldı” – deyə, bildirib
Hadisənin yalnız bir dəfə baş verdiyini və hücumun İsrailin Suriyaya hava hücumu zamanı baş verdiyini bildirən Qantz mövzu ilə bağlı ətraflı məlumat verməyib.
İsrail və Rusiya arasında "Yəhudi Agentliyi" polemikasına toxunan Gantz, bu problemin həll olunacağına inandığını və Rusiya ilə əlaqələrinin çox vacib olduğunu bildirib.