Bil Qeyts gələcəyin peşəsini açıqladı - Bu işlə məşğul olanlar ÇOX PUL QAZANACAQLAR

16:32 - 27 İyul 2022

Bil Qeyts gələcəyin peşəsini açıqladı - Bu işlə məşğul olanlar ÇOX PUL QAZANACAQLAR

Bil Qeyts gələcəyin peşəsi ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts qatıldığı onlayn konfransda iqlim texnologiyaları sahəsində çalışanların gələcəkdə böyük gəlir əldə edəcəklərini bildirib. 

İnsanların iqlim dəyişikliyi və texnologiyaları ilə məşğul olması lazım olduğunu vurğulayan Qeyts, "Riskli bir peşədir, amma sona qədər müqavimət göstərənlər əldə etdikləri qazanclara inanmayacaqlar. Bunlar gələcəkdə Google, Microsoft, Tesla və Amazon kimi şirkətləri geridə qoyacaqlar"- deyib.

Qeyts xüsusilə elektrik avtomobilləri, akkumulyator texnologiyaları və hidrogen mühərriklərinin əhəmiyyət qazanacağını bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az