ABŞ bir ilki elan etdi – İndi də ÖLÜMCÜL BAKTERİYALAR

15:29 - 28 İyul 2022

ABŞ bir ilki elan etdi – İndi də ÖLÜMCÜL BAKTERİYALAR

ABŞ Missisipi körfəzi sahillərində ilk dəfə ölümcül bakteriya aşkar edildiyini açıqlayıb. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri “Burkholderia pseudomallei” bakteriyasının “Melioidoz” xəstəliyinə səbəb olduğunu

açıqlayıb və xəstəliyin ciddi nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.
“Melioidoz” "Burkholderia pseudomallei" adlı bir növ bakteriyanın yaratdığı yoluxucu xəstəlikdir. Gəmiricilərdən başqa iribuynuzlu mal-qara, qoyun və keçi kimi heyvanlarda da görülür. 

Nadir hallarda insandan insana keçsə də, nəticə ölümcül ola bilər. 

ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri xəstəliyin qızdırma, oynaq ağrısı və baş ağrısı kimi bir sıra simptomlara səbəb olduğunu və bəzi hallarda pnevmoniya və infeksiya kimi daha ciddi hallara səbəb ola biləcəyini qeyd edib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az