Ukrayna rusiyalı əsgərin ömürlük cəzasını AZALTDI

18:05 - 29 İyul 2022

Ukrayna rusiyalı əsgərin ömürlük cəzasını AZALTDI

Kiyev Apellyasiya Məhkəməsi Ukraynada ömürlük həbs cəzasına məhkum edilən 21 yaşlı rusiyalı əsgər Vadim Şişimarinin cəzasını azaldıb.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə Şişimarinin cəzasını 15 ilə endirib.

O, müharibənin ilk günlərində 62 yaşlı mülki vətəndaşı öldürməkdə təqsirli bilinib.

Qeyd edək ki, V. Şişimarinlə bağlı ilk məhkəmə prosesi mayın 13-ü keçirilib. Məhkəmə zamanı rusiyalı əsgər öz təqsirini etiraf edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az