Rusiyalı yazıçı xarici agentlər siyahısına daxil edildi

00:00 - 30 İyul 2022

Rusiyalı yazıçı xarici agentlər siyahısına daxil edildi

Rusiya Ədliyyə Nazirliyi Dmitri Bıkov, Yevgeniya Albats və Dmitri Aleşkovskini xarici agent KİV-lər siyahısına daxil edib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq dəyişikliklər idarənin rəsmi saytında öz əksini tapıb.

Dmitri Bıkov rusiyalı yazıçı, şair və publisist, tənqidçi, jurnalist və müəllimdir; Evgeniya Albats - rusiyalı siyasi jurnalist, politoloq, ictimai xadim və yazıçı, “The New Times” jurnalının baş redaktorudur; Dmitri Aleşkovski - rusiyalı ictimai xadimi, jurnalist və media meneceridir.

Hər üç soyad iyulun 29-da 170, 171 və 172 nömrələri ilə reyestrə əlavə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az