Azərbaycanlıların toyunda silahdan istifadə olundu, polis işə qarışdı – ANBAAN VİDEO

21:12 - 30 İyul 2022

Azərbaycanlıların toyunda silahdan istifadə olundu, polis işə qarışdı – ANBAAN VİDEO

Marneuli bələdiyyəsinin İmir kəndi ərazisində toy karvanı zamanı qanundan kənar hərəkətlərə yol verilib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video kadrlar yayılıb.

Yayılan kadrlarda görünür ki, toy karvanında gənclər insanların olduğu ərazidə silahdan istifadə edir və avtomobillə qanunsuz drift hərəkətlərə yol verirlər.

Məlumata əsasən, artıq sözügedən faktla bağlı polis araşdırmaya başlayıb.

Gürcüstan DİN-dən bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriş aldıqdan dərhal sonra faktla bağlı araşdırmalara başlayıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində qanun pozucuları qısa müddətdə müəyyən edilərək cərimələniblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az