Rusiyanın yeni Dəniz Doktrinası: ABŞ başlıca təhdid elan edildi

18:40 - 31 İyul 2022

Rusiyanın yeni Dəniz Doktrinası: ABŞ başlıca təhdid elan edildi

Rusiya Prezidenti Vladimir Putin iyulun 31-də ölkənin yeni Dəniz Doktrinasını təsdiqləyib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, sənədə əsasən, ABŞ-ın dünya okeanında hökmranlıq siyasəti Rusiyanın bu məkanda milli təhlükəsizliyinə əsas təhdid kimi qiymətləndirilib.

Bundan əlavə, doktrinaya əsasən, Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biri NATO-nun hərbi infrastrukturunun ölkə sərhədlərinə qədər irəliləməsi və Rusiyaya bitişik dəniz sularında təlimlərinin sayının artmasıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az