Ukrayna ilin sonuna kimi bu əraziləri azad edə bilər

19:11 - 31 İyul 2022

Ukrayna ilin sonuna kimi bu əraziləri azad edə bilər

Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin sonuna kimi Zaporojye vilayətini rus işğalçılarından tam azad edə bilər.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux deyib.

O bildirib ki, Zaporojye vilayətinin işğaldan azad edilməsi yaxın gələcəkdə baş tutacaq:

"Uşaqların təlim-tərbiyə prosesinin təşkili, əhalinin istiliklə təmin olunması məsələsinin həlli üçün işğalçıların tezliklə rayondan qovulması vacibdir. Hələlik Berdyansk, Melitopol, Vasilyevski rayonlarında qaz yoxdur. Çox çətin vəziyyət yaşanır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az