Daha bir ölkədə DAŞQIN: 26 nəfər öldü

20:46 - 31 İyul 2022

Daha bir ölkədə DAŞQIN: 26 nəfər öldü

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə ştat qubernatoru Endi Beşir məlumat yayıb.

"Ölənlərin sayı 26-ya çatıb. Və bu rəqəm artmaqda davam edəcək. Dağıntılar böyükdür, bir çox ailə evini itirib, yaxın günlərdə daha çox yağış gözlənilir", - o bildirib.

Qeyd edək ki, ABŞ-ın Kentukki ştatında fövqəladə vəziyyət elan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az