Dünya təhlükədə - Buzlaqlar üçün QIRMIZI SİQNAL (FOTOLAR)

12:40 - 01 Avqust 2022

Dünya təhlükədə - Buzlaqlar üçün QIRMIZI SİQNAL (FOTOLAR)

Qlobal istiləşmənin təsiri ilə dünya gündən-günə istiləşir və buzlaqlar əriyir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu, dəniz səviyyəsinin yüksəlməsinə, sərhədlərin dəyişməsinə və qaya uçqunlarına səbəb olur.

İsveçrədə Morteratş buzlağı artıq bələdçi kitablarındakı şəkillərinə bənzəmir. 

Alp dağlarında üçüncü buzlaq gündə 5 santimetr nazilir. 

Hər on ildə təxminən 0,3 dərəcə Selsi temperatur artımı ilə Avropa qlobal orta göstəricidən təxminən iki dəfə daha sürətlə istiləşir.

Buzlaqların əriməsi özü ilə yüksək daşqın və buzlaq göllərinin əmələ gəlməsi riskini gətirir.

Himalay dağlarının ətəyində minlərlə buzlağa malik Pakistan da iqlim dəyişikliyinin təsiri altına düşüb. 

Pakistan hökumətinin məlumatına görə, Himalay, Hindiquş və Qarakoram dağlarında 33 buzlaq qırılma təhlükəsi ilə üzləşib və bu, milyonlarla kubmetr suyu sərbəst buraxa bilər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az